main-post-cover

    Havay adalarında 40 dəqiqə ərzində dünyanın sonuna hazırlaşdılar

    Sosial Media
    15.01.2018
    Farid Pardashunas
    Amerikanın Havay ştatının sakinləri yalan raket hücumu ismarışına görə 40 dəqiqə ərzində ölümə hazırlaşaraq yaxınları ilə vidalaşıblar.
    Yerli vaxt ilə səhər saat 8-də şəhər küçələrində həyəcan siqnalı işə düşüb və bütün federal kanallarda adalara ediləcək raket hücumu barəsində məlumat verilib. Sakinlərin mobil telefonlarına isə fövqəladə xidmətlərdən bu cür ismarış gəlib: “Havay adalarına olan ballistik raket təhlükəsi. Təcili olaraq sığınacaq axtarın. Bu, təlim deyil”. Bu barədə CBC saytı xəbər verib. Yerli sakinlərin və turistlərin bu cür ismarışı qulaq ardına vermək heç ağıllarına da gəlməyib.

    Çox güman ki, onların qorxularını həmçinin bir neçə müddət bundan öncə Koreya Xalq Demokratik Respublikasının raketləri barəsindəki xəbərləri artırmışdı. Buna görə də insanlar tələsik şəkildə evlərini, avtomobillərini ataraq sığınacaq yerləri axtarmağa başlayıblar və öz yaxınları ilə vidalaşıblar. 40 dəqiqədən sonra məlum olub ki, raket hücumu barəsindəki ismarış və xəbərlər yalandır. Havay ştatının qubernatoru David Ige verdiyi məlumata əsasən hər şey təchizatın gündə 3 dəfə yoxlanışından başlayıb. “Fövqəladə hallar üzrə agentliyin əməkdaşı səhv düyməni klik edib” – deyə qubernator bildirib. Ştat hökuməti sakinlərdən üzr istəyib və bu hadisə ilə bağlı istintaqın aparılacağını söz verib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər