Logo
    Hindistan Meta-ya ultimatum verdi

    Hindistan Meta-ya ultimatum verdi

    Sosial Media
    06.07.2026
        Hindistan hökuməti Instagram platformasında uşaqların cinsi istismarını təşviq edən reklam və məzmunların dərhal silinməsi barədə göstəriş verib. Ölkənin Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi şirkətə yeddi gün müddətində bu reklamların necə təsdiqləndiyini izah etməyi və gələcəkdə belə halların qarşısını almaq üçün hansı tədbirlərin görüləcəyini açıqlamağı tapşırıb.
    Weekly Tech Recap: Meta AI makes India debut, Google Translate adds support  for 7 new Indian languages and more | Mint
        Qərar BBC Eye tərəfindən aparılan araşdırmadan sonra verilib. Araşdırmaya görə, Hindistanda yaradılmış test hesabına açıq-aşkar axtarış ifadələri ilə əlaqəli təxminən 30 müxtəlif ödənişli reklam göstərilib. Bu reklamlar istifadəçiləri uşaqların cinsi istismar materiallarının satıldığı iddia edilən Telegram kanallarına yönləndirib. Hindistan hökuməti yalnız reklamların silinməsini deyil, həm də bu tip məzmunların platformanın alqoritmləri vasitəsilə daha geniş auditoriyaya çatdırılmasına qarşı tədbirlərin görülməsini tələb edir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...