
İlin fırıldağı. Vlogger ödənişli əsl UFC döyüşünü kompüter oyunu kimi izləyicilərə təqdim etdi
Sosial Media
05.12.2017
Məşhur vlogger bir neçə saat ərzində əsl internet sensasiyasına çevrilib.
Belə ki, AJ Lester ləqəbli gənc
vlogger sistemi aldadaraq öz kanalında Jose Aldo ilə Max Holloway-ın UFC 2018
turniri çərçivəsində vacib döyüşün canlı yayımını təqdim edib. Bu barədə
Eurogamer.net saytı xəbər verib. Bu cür döyüşlər adətən ödənişli yayımlar vasitəsilə
izləyicilərə təqdim olunur. YouTube və Twitch kimi servislərdə həmin döyüşlərin
yayımı isə ban olunur. Lakin AJ Lester adlı gənc vlogger sistemi necə
aldadacağının yolunu tapıb. Sistem tərəfindən ban almamaq üçün vlogger bütün
döyüş vaxtı özünü elə aparıb ki, guya “EA” şirkətinin UFC 3 oyununu oynayır.
Canlı yayım zamanı AJ Lester guya gamepad düymələrinə basaraq nəsə etdiyini və
hətta ekranda döyüşçülərdən birində (guya onun idarə etdiyi oyunçu) nəsə
alınmayanda şikayətlənərək bacardığı qədər özünü elə göstərib ki, guya ekranda əks
olunan real döyüş yox sadəcə olaraq bir kompüter oyunudur. Bütün gecə ərzində
o, obrazdan çıxmayaraq qalibiyyətə sevinir və nəsə düzgün getməyəndə üzülürdü.
Maraqlısı bundadır ki, vloggerin bu hiyləsi tamamilə baş tutub. Onun canlı
yayımı blocklanmadı və bir dəfə də olsun yoxlanışdan keçmək üçün kəsilmədi. AJ
Lester-in bu hərəkəti oyun sektorunda əsl rezonans yaratdı. Bir neçə saat ərzində
onun kanalına minlərlə insan abunə oldu.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...