Logo
    main-post-cover

    İnsanlar Instagram'da indiyənə kimi paylaşdıqlarını kənar tətbiqsiz yükləyə biləcəklər

    Sosial Media
    13.04.2018
    Instagram təmsilçilərindən biri bildirib ki, yaxın zaman ərzində istifadəçilər sözügedən servisdə paylaşmış olduqları bütün foto və videoları yükləyə biləcəklər. Bunun üçün servis xüsusi funksiya hazırlayır. Bu barədə Techcrunch saytı xəbər verib. Sosial şəbəkədə olan şəxsi məlumatları saxlamaq üçün alət servisdə mütləq olmalıdır. Bu, Avropada 25 May tarixindən qüvvəyə minəcək internetdə məlumatın təhlükəsizliyi qanununun tələbidir.

    Hal-hazırda Instagram-da başqasının və ya şəxsi foto və videonu yükləmək qeyri-mümkündür. Bunu yalnız kənar tətbiqlər vasitəsilə etmək olar. Hələki bu funksiyanın necə çalışcağı və hansı növ məlumatların yükləmək mümkünlüyü barəsində heç bir məlumat yoxdur. Çox güman ki, foto və videodan əlavə olaraq, özəl mesajları, dostlar siyahısını və digər məlumatları yükləmək mümkün olacaq. Yeni funksiyanın nə zaman aktiv olacağı tam dəqiq bilinmir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    İnsanlar Instagram'da indiyənə kimi paylaşdıqlarını kənar tətbiqsiz yükləyə biləcəklər | Technote