İnsanlara pişik mırıltısı bəxş edən sayt

04.07.2017 0 PAYLAŞIM 1172 OXUNMA

Bir çox şeyin əsl olmadığı mürəkkəb 21-ci əsrdə sən demə pişik mırıltısını da elektron şəkildə imitasiya etmək mümkündür.

Purrli.com saytına daxil olan zaman siz öz zövqünüzə uyğun pişik mırıltısı səsisini işə sala və onu istədiyiniz kimi ayarlaya bilərsiniz. Və bu mırıltı səsindən sonsuza qədər zövq almaq olar. Bundan əlavə olaraq real həyatdakı kimi hansısa pişiyi yemləməyə belə ehtiyac qalmır. Xüsusi ayarlar vasitəsilə siz, mırıltı səsini daha yuxulu və ya oyaq şəkildə edə, mırıltı səsinin xarakterini seçə və hətta pişiyin nəfəs alıb-vermə sürətini dəyişə bilərsiniz. Həmin ayarlar sayəsində elə pişik mırıltısı yaranır ki, o hətta ən dəlisov pişik sevəri belə razı sala bilir. “Mən fikirləşirdim ki, elektron pişik mırıldaması sadəcə bir zarafat olacaq. Mən bunu ciddi deyil, yalnız əyləncə kimi qəbul edirdim. Lakin müsbət rəyləri oxuyandan sonra necə səhv etdiyimi anladım" - deyə sözügedən saytın yaradıcısı qeyd edib. Qeyd etmək lazımdır ki, ev heyvanları vasitəsilə terapiya son zamanlarda çox geniş yayılıb. Əgər bu cür terapiya sizə kömək edəcəksə, onda həmin pişik mırıltılarına saatlarla, günlərlə və hətta həftələrlə qulaq asa bilərsiniz.