main-post-cover

    Instagram-a birgə aparılan canlı yayım funksiyası gəldi

    Sosial Media
    25.10.2017
    Farid Pardashunas
    Instagram-a birgə aparılan canlı yayım funksiyası gəldi.
    Sözügedən yeni funksiyanın testi hələ Avqust ayında aparılırdı. Lakin indi o, bütün istifadəçilər üçün aktiv olub. Bu yeni funksiya sayəsində canlı yayım aparan istənilən şəxs real zaman ərzində istənilən digər şəxsi öz canlı yayımına dəvət edə və ya dəvət etdikdən sonra onu canlı yayımdan çıxara bilər.

    Birgə aparılan canlı yayım zamanı da həmişə olduğu kimi izləyicilər şərh yaza və ya canlı yayımı bəyənə bilərlər. Birgə aparılan canlı yayımı telefonun yaddaşında saxlayıb daha sonra onu Stories vasitəsilə paylaşmaq olar. Canlı yayıma daha bir şəxsi əlavə etmək üçün aşağı hissədə sağ tərəfdə yerləşən yeni düyməyə klik etmək kifayətdir. İkinci şəxs canlı yayıma qoşulan zaman isə canlı yayım ekranı iki hissəyə ayrılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər