
Instagram-a həmin dəqiqə deaktiv edəcəyiniz yeni funksiya gəlib
Sosial Media
19.01.2018
Emil
Bundan sonra Instagram dostlarınıza sizin sonuncu dəfə nə zaman bu sosial şəbəkəyə daxil olduğunuzu söyləyəcək.
Bir neçə müddət bundan öncə
istifadəçilər iOS və Android sistemlərində Instagram-ın bu yeni funksiyasını
aşkar etdilər. Xoşbəxtlikdən Instagram bu şəxsi məlumatı hər bir istifadəçiyə təqdim etmir. Bu məlumatı yalnız sizin ismarış yazdığınız və ya öz Stories
paylaşımınızda tag etdiyiniz insanlar görür.
Həmin insanlar sizin sonuncu dəfə
nə zaman Instagram tətbiqini aktiv etdiyinizi, ismarış bölməsinə nə zaman daxil
olduğunuzu görə biləcəklər. Əgər siz bu məlumatın digər insanlar tərəfindən
bilmələrini istəmirsinizsə onu deaktiv etmək olar. Bunu etmək üçün ayarlara
daxil olub “Show Activity
Status” düyməsini deaktiv etmək lazımdır. Lakin bu funksiyanı deaktiv etsəz,
siz də öz növbənizdə digər istifadəçilərin nə zaman Instagram-dan istifadə
etdiklərini görə bilməyəcəksiniz.
Paylaş
Bənzər xəbərlər