main-post-cover

    Instagram-a ikili canlı yayım funksiyası gəlir

    Sosial Media
    09.08.2017
    Farid Pardashunas

    Instagram, iki nəfərin bir yerdə canlı yayım aparması funksiyasının testinə start verib.

    Bu barədə şirkətin rəsmi blogunda qeyd olunub. İstənilən digər şəxsi, canlı yayıma əlavə etmək çox sadədir. Sadəcə olaraq aşağı sağ hissədə olan xüsusi düyməyə (2 smaylik kimi əks olunmuş düymə) klik etmək bəs edir. Həmin düyməyə klik edəndən sonra siyahınızda olan istədiyiniz insanı canlı yayıma qoşa bilərsiniz. Bundan əlavə olaraq canlı yayıma baxan istənilən şəxsi, həmin canlı yayıma qoşmaq da mümkün olacaq. İstədiyiniz zaman ikinci şəxsi, canlı yayımdan çıxara və ya digər şəxs ilə əvəz edə bilərsiniz. Dəvət olunmuş hər hansı bir şəxs də öz istəyi ilə canlı yayımı tərk edə bilər. Birgə canlı yayım zamanı ekran 2 hissəyə bölünür. İzləyicilər isə həmişəki kimi canlı yayıma şərh bildirə və ya smaylik əlavə edə bilərlər. Yeni funksiya yalnız bir sıra insanlar üçün aktivdir. Lakin yaxın zaman ərzində bu funksiya hamı üçün təqdim olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər