main-post-cover

    Instagram'a ödəniş etmək funksiyası gəlib

    Sosial Media
    03.05.2018
    Farid Pardashunas
    Məşhur Instagram fotoservisinə ödəniş etmək funksiyası əlavə olunub. Lakin bu yeni funksiya hələki servisin bəzi tərəfdaşlarına aiddir və ondan hələki yalnız bəzi ABŞ sakinləri istifadə edə bilərlər. Bu barədə Techcrunch saytı xəbər verib. Yeni funksiya sayəsində istifadəçi öz Instagram hesabına debet və ya kredit kartını birləşdirərək hansısa məhsulun alınmasının və ya hansısa brendin xidmətinin ödənişini edə bilər.

    Bu halda istifadəçi bu və ya digər məhsulu, xidməti təqdim edən tərəfin saytına keçid etmir. Bütün proses Instagram daxilində reallaşdırılır. Instagram hələki bu yeni funksiyanı rəsmi şəkildə anons etməyib. Lakin fotoservis bildirib ki, bu yeni funksiya sayəsində istifadəçilər restoranda yer bron elətdirə və ya hansısa gözəllik salonuna yazılaraq Instagram vasitəsilə ödəməni reallaşdıra biləcəklər. Gələcəkdə isə Instagram vasitəsilə film və digər xidmətlər üçün nəzərdə tutulmuş bilet alışı funksiyası da planlaşdırılır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər