main-post-cover

    Instagram-a paylaşımların xronoloji sıralanma qaydası geri qayıdır

    Sosial Media
    13.03.2018
    Farid Pardashunas
    Bir neçə Instagram istifadəçisi ana səhifədə paylaşımların xronoloji qaydada əks olunma özəlliyinin geri qayıtdığını bildirib.
        Ola bilərmi ki, servis tərtibatçıları bir neçə il bundan öncə işə salınmış “ağıllı” alqoritmin heç də düzgün şəkildə çalışmadığını anlayıblar? Buna inanmaq istəyirsən. Maraqlar üzərində qurulmuş ana səhifə istifadəçilərə vacib paylaşımları qaçırtmamağa kömək etməli idi. Lakin reallıqda heç də belə olmadı.
        Belə ki, paylaşımların dəqiq iyerarxiyaları olmadan istifadəçilər paylaşımların sıralanmasına nəzarət edə bilmirdilər. Hətta paylaşımın vacib olduğu halda belə. Lakin ən çox problemi sosial şəbəkənin alqoritmləri yaradır. İstifadəçiyə tanış olmayan şəxsin fotosuna əlavə olunmuş bir neçə bəyənmədən sonra sosial şəbəkə qərar verir ki, həmin şəxs sənin ən yaxın dostundur və onun haqqında hər şeyi bilmək lazımdır. Bu halda sözün əsl mənasında istifadəçiyə yaxın olan şəxslərin paylaşımları isə ən axıra gedib çıxır.

        Bu vəziyyətdən uduşlu çıxanlar brendlərin səhifələri olur. Bu bəs etməmiş kimi bir neçə müddət bundan öncə servisə həmçinin istifadəçiyə heç də tanış olmayan şəxslərin hesablarını izləmək üzrə məsləhət paylaşımları özəlliyi əlavə olundu. Paylaşımların xronoloji sıralanması özəlliyi hələki çox az adam üçün aktivdir. Və buna baxmayaraq Instagram-ın tamamilə bu üsula geri qayıtmağı istəyib-istəmədiyi də aydın deyil. Bu cür ani qərar reklam verənlərin heç də xoşlarına gəlməyəcək. Lakin son zamanlar “Facebook” öz istifadəçilərinin mənfi rəylərini nəzərə alır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər