Instagram'a sonunda paylaşımların repostu funksiyası gələcək
Sosial Media
21.09.2018
Farid Pardashunas
Görünür, Instagram sonunda digər şəxslərin paylaşımlarını
repost etməyə icazə verəcək. Hal hazırda bu funksiya şirkət daxilində test
olunur. Instagram-da Regram düyməsi hələ keçən il aşkar edilmişdi. Lakin indiki
repost sistemi bir qədər fərqlənir. Bu barədə The Verge saytı xəbər verib. “Ana
səhifədə paylaşmaq” funksiyası bu və ya digər paylaşımın kontekst meyusunda əks
olunur (paylaşımın yuxarı sağ hissəsindəki 3 nöqtə ilə işarə olunmuş menyusu).
The Verge saytı bu cür repostlara aid 2 foto əldə edib. Lakin onları
paylaşmayıb. Saytın verdiyi məlumata əsasən həmin repostlardan biri məhsulun
satış təklifi barəsində olub. Bundan da belə nəticəyə gəlmək olar ki, repost
funksiyasını ilk olaraq kommersiya məqsədli Instagram səhifələri əldə edə bilərlər.
Bundan əlavə olaraq The Verge bildirib ki, sözügedən funksiya hələ final
versiyada deyil. Çox güman ki, funksiyanın hazırlanması hələki ilk səviyyələrdədir.
Qeyd etmək lazımdır ki, hal hazırda repost funksiyası yalnız Stories bölməsində
çalışır. Lakin istifadəçi Stories paylaşımını yalnız o halda repost edə bilər
ki, hansısa şəxs onu Stories paylaşımında tag etsin. Qeyd etmək lazımdır ki,
Instagram-ın yaradıcıları dəfələrlə olmuş müsahibələrində repost funksiyasına
şübhə ilə yanaşdıqlarını bildirmişdilər. Lakin repost etmək üçün nəzərdə
tutulmuş çoxlu sayda kənar tətbiqlər onu göstərir ki, bu funksiyaya Instagram
daxilində tələbat var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!