
Instagram'a yaxın zamanda gələcək yeni funksiyalar
Sosial Media
28.04.2018
Emil
Instagram administrasiyası bu və
ya digər istifadəçini dost siyahısından pozmadan müəyyən müddətlik ondan abunəliyi
ləğv etmək funksiyasını test edir. Bu barədə The Verge saytı xəbər verib.

Bu funksiyanın istifadəçilər üçün nə zaman aktiv olunacağı isə bilinmir. Bu yeni
funksiyadan əlavə olaraq Instagram həmçinin Stories paylaşımları üçün reaksiya
funksiyasını da test edir. Bu funksiya sayəsində istifadəçilər qısa Stories
paylaşımlarına qrafik emojilər vasitəsilə öz münasibətlərini bildirə biləcəklər.



Həmçinin servisə slow-mo rejimində çəkim özəlliyi də əlavə oluna bilər. Son
yenilik isə ondan ibarətdir ki, Instagram-a Stories paylaşımlarının tarixçəsi əlavə
olunacaq. Bu funksiya sayəsində istifadəçilər müəyyən tarix üzrə öz Stories
paylaşımlarını tapa biləcəklər. Çox güman ki, sonuncu funksiya yalnız smartfon
yaddaşında saxlanmış Stories paylaşımlarına aid ediləcək.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
