Instagram-a yüklənən fotolara mətnlərin əlavə edilməsi funksiyası istifadəyə verilib
Sosial Media
28.08.2024
Emil
Instagram öz platformasına yüklənən fotolara mətnlərin əlavə edilməsi prosesini sadələşdirən yeni funksiyasını təqdim edib. Belə ki, bundan sonra istifadəçilər fotoların yüklənməsi zamanı təqdim edilən redaktə panelində onlara mətnləri əlavə edə biləcəklər. Nəticədə bunun üçün kənar tətbiqlərdən istifadəyə ehtiyac qalmayacaq. Instagram bu istiqamətdə geniş seçimdə şriftlər təklif edir. Bundan əlavə olaraq Instagram-da bir fotonun üzərinə digər fotonun stiker şəklində əlavə edilməsi özəlliyi də istifadəyə verilib. İstifadəçi bir fotonun üzərinə stiker şəklində digər fotonu əlavə etmək istədikdə əlavə edilməsi planlaşdırılan fotonun ölçüsü və formasını seçmək mümkündür. Məsələn istifadəçi stiker şəklində əlavə ediləcək foto üçün düzbucaq, kvadrat, dairə, ürək və ulduz formalarından birini seçə bilər.
Paylaş
Bənzər xəbərlər
Sosial Media
Instagram paylaşımlarında foto və video limiti artırıldı!
Instagram, bu gün istifadəçilərini sevindirəcək yeni funksiyasını paylaşıb. İndiyə qədər 10 foto və ya video ilə məhdudlaşan Instagram paylaşımlarına indi daha çox məzmun əlavə etmək olar.
Digər
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta sosial media platformaları, YouTube və Instagram vasitəsilə uşaqları hədəfə alıb. Reklam siyasətləri ilə uşaqları cinsiyyətçi reklamlara məruz qoyan şirkətlər, ortaqlıqları üzə çıxdıqdan sonra planlarından əl çəkiblər.
Sosial Media
Instagram-a girişin məhdudlaşdırılması Türkiyə üçün baha başa gələ bilər!
BTK-nın Instagram-a girişi məhdudlaşdırması Türkiyədə gündəmi alt-üst etmiş vəziyyətdədir. Qərarın iqtisadi təsirləri yüksək səslə müzakirə edilərkən, Elektron Ticarət Operatorları Dərnəyi (ETİD) İdarə Heyətinin sədr müavini Emre Ekmekçi, Instagram-ın bağlanmasının e-ticarət sektoruna vuracağı zərərlə bağlı təəccüblü məlumatlar verib.
Sosial Media
Türkiyədə Instagram-a giriş məhdudlaşdırılıb!
Dünyanın ən məşhur sosial media platformalarından biri olan Instagram-ın Türkiyədə bağlanması sosial media istifadəçilərini heyrətə salıb. Bəs, bu vəziyyət müvəqqətidir, yoxsa daimi?
Təhlükəsizlik
Facebook və Instagram, məlumatlarınızı icazəsiz istifadə etdikləri üçün böyük cərimələrlə üzləşə bilərlər!
Sosial media nəhəngi Meta-nın ən populyar platformaları olan Facebook və Instagram, fərdiləşdirilmiş reklam modellərinə görə, böyük bir cəza ilə üzləşmək üzrədirlər.
Ən çox oxunanlar