main-post-cover

    Instagram alış-verişlər üçün ayrıca tətbiq hazırlayır

    Sosial Media
    05.09.2018
    Farid Pardashunas
        Məşhur Instagram servisi alış-verişlər üçün nəzərdə tutulmuş ayrıca tətbiq üzərində çalışır. Bu barədə The Verge saytı xəbər verib. Yeni servis Ig Shopping adlana bilər. Məlumata əsasən yeni tətbiq vasitəsilə istifadəçilər satıcıların səhifələrini izləyə, onların təqdim etdikləri məhsullara baxa və alış-veriş edə biləcəklər. Yeni tətbiqin nə zaman istifadəyə verilməsi barəsində isə heç bir məlumat yoxdur. Instagram-ın fikrincə  bu layihə şirkətin elektron kommersiya bazarında genişlənməsi üçün ideal vasitədir. Bununla yanaşı tətbiqin istifadəyə verilməsindən öncə onun ləğv olunması ehtimalı da istisna deyil. Instagram servisinin təmsilçiləri isə bu barədə fikir bildirməkdən imtina ediblər. Qeyd etmək lazımdır ki, artıq 25 milyondan çox şirkətin Instagram hesabı var. Facebook-un verdiyi məlumata əsasən onlardan 2 milyonu reklam verənlərdir. Instagram-ın 5 istifadəçisindən 4-ü müəyyən bir şirkətin hesabını izləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər