Instagram alqoritmini idarə etmək mümkün olacaq
Sosial Media
11.06.2026
Sevinj
Instagram istifadəçilərin qarşılarına çıxan məzmun üzərində daha çox nəzarət əldə etməsi üçün yeni "Your Algorithm" funksiyasini təqdim edib. Yeni alət sayəsində istifadəçilər hansı mövzuların lentdə daha çox, hansılarının isə daha az görünəcəyini özləri müəyyən edə biləcəklər.
Bu yenilik barədə Instagram-ın rəhbəri Adam Mosseri Threads platformasında məlumat verib. Onun sözlərinə görə, müasir alqoritmlər istifadəçilərin maraqlarını təxmin etməkdə getdikcə daha uğurlu olsa da, bunun nəticəsində insanların öz seçimləri üzərində nəzarəti azalır. Artıq əksər sosial şəbəkələrin əsas lentində istifadəçilərin izləmədiyi hesabların paylaşımları alqoritm tərəfindən ön plana çıxarılır.
Məhz bu problemi aradan qaldırmaq üçün yaradılan "Your Algorithm" funksiyası istifadəçilərə maraq dairələrini daha dəqiq tənzimləməyə imkan verir. İstifadəçi yalnız görmək istədiyi mövzuları deyil, həm də qarşısına çıxmasını istəmədiyi kateqoriyaları seçə bilər.
Paylaş