Instagram çatlarında geolokasiya məlumatlarının bölüşülməsi funksiyası istifadəyə verilib
Sosial Media
26.11.2024
Emil Nəcəfov
Instagram öz istifadəçiləri üçün bir neçə yeni funksiyanı təqdim edib. Onlardan biri şəxsi mesajlarda real zaman ərzində geolokasiya məlumatlarının paylaşılması ilə bağlıdır. Bundan sonra istifadəçilər fərdi və qrup çatlarında öz geolokasiya məlumatlarını bölüşə biləcəklər. Lakin bu mövzuda limit təyin edilib. Belə ki, geolokasiya məlumatlarını yalnız 1 saat müddətinə bölüşmək mümkün olacaq. Bu funksiya standart olaraq aktivdir.
Çat daxilində olan digər istifadəçi və ya istifadəçilər bölüşülmüş geolokasiya məlumatlarını digərlərinə göndərə bilməzlər. Digər bir yenilik isə onunla bağlıdır ki, istifadəçilər bundan sonra çatlarda özləri və digərləri üçün ləqəblər təyin edə biləcəklər. Təyin olunacaq ləqəblər yalnız çat daxilində görünəcəklər və onlar istifadəçi hesablarının əsas adlarına təsir göstərməyəcəklər. Bundan əlavə olaraq Instagram istifadəçilər üçün 17 kateqoriyada yeni stikerləri istifadəyə verib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Instagram kəşf et və reels tövsiyələrini sıfırlamağa imkan verəcək!
Instagram kəşf et və reels tövsiyələrini sıfırlamağa imkan verəcək!
Instagram-da yeni bir başlanğıc etmək istəyənlər üçün yeni bir funksiyanın sınaqları aparılır. Bu xüsusiyyət istifadəçilərə kəşf et, reels və axın bölmələrində tövsiyə olunanları sıfırlamağa imkan verəcək.
Meta şirkəti Instagram ilə WhatsApp-ı satmaq məcburiyyətində qala bilər
Meta şirkəti Instagram ilə WhatsApp-ı satmaq məcburiyyətində qala bilər
Meta şirkəti ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən antimonopoliya mövzusunda qaldırılmış məhkəmə iddiası səbəbilə məhkəmə qarşısına çıxmalı olacaq.
Avtraliyada 16 yaşından aşaöı uşaqlar üçün sosial media platformaları qadağan olunacaq
Avtraliyada 16 yaşından aşaöı uşaqlar üçün sosial media platformaları qadağan olunacaq
Avstraliya 16 yaşına kimi olan uşaqlar üçün sosial şəbəkələrin qadağan olunmasını təklif edib.
Instagram süni zəka vasitəsilə yeniyetmələri təyin edə biləcək
Instagram süni zəka vasitəsilə yeniyetmələri təyin edə biləcək
Meta şirkəti Instagram-a süni zəka əsaslı yeni sistemi inteqrasiya edir. İnteqrasiya edilən yeni sistem əsl yaşlarını gizli saxlamağa çalışan yeniyetmə istifadəçiləri təyin etməkdə yardımçı olacaq.
Instagram az baxış sayına sahib videoları aşağı keyfiyyətdə sərgiləyəcək
Instagram az baxış sayına sahib videoları aşağı keyfiyyətdə sərgiləyəcək
Instagram videolar ilə bağlı yeni siyasətini işə salır. Belə ki, Instagram-ın rəhbəri Adam Mosseri-nin sözlərinə əsasən bundan sonra Instagram daxilində yalnız məşhur videolar yüksək keyfiyyətdə əks olunacaqlar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!