Logo
    main-post-cover

    Instagram “Close Friends” siyahısından çıxmaq imkanı yarada bilər

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Instagram istifadəçilərə başqasının “Close Friends” siyahısından öz istəyi ilə çıxmaq imkanı verə biləcək yeni bir funksiya üzərində işləyir.
        Bildirilib ki, funksiya hələ erkən inkişaf mərhələsindədir və hazırda ictimai testlərə açıq deyil. “Close Friends” funksiyası istifadəçilərə hekayə, Reels və paylaşımları yalnız seçilmiş insanlarla paylaşmağa imkan verir. 2018-ci ildə istifadəyə verildiyi vaxtdan bu günə qədər isə istifadəçilər kiminsə Close Friends siyahısından özlərini silə bilmirdilər. Yeni daxili prototip ilk dəfə buraxılmamış funksiyaları aşkar etməsi ilə tanınan reverse engineer Alessandro Paluzzi tərəfindən ortaya çıxarılıb. Paylaşılan ekran görüntüsünə əsasən, istifadəçi Close Friends siyahısından çıxdıqda, həmin şəxsin məzmununu yalnız yenidən siyahıya əlavə olunarsa görə biləcək.
        Qeyd edək ki, Snapchat artıq oxşar funksiyanı təqdim edir və istifadəçilərə başqasının özəl hekayəsindən çıxmaq imkanı verir. Meta əlavə edib ki, bu cür daxili prototiplərin hamısı mütləq istifadəyə verilmir və funksiyanın nə vaxt, yaxud ümumiyyətlə təqdim olunacağı hələlik məlum deyil.
    Paylaş