Logo
    main-post-cover

    Instagram-da aktiv olan və yaxın zamanda gələcək yeni funksiyalar

    Sosial Media
    29.11.2017
    Emil
    Yeni funksiyalardan bəziləri artıq istifadəçilər üçün aktivdir, bəziləri test mərhələsindədir, bəziləri isə yaxın zamanda istifadəçilərə təqdim olunacaq.
    Siyahıda qeyd olunmuş yeni funksiyalar Instagram-ın yenilənmiş versiyasında artıq var və ya yaxın zamanda aktiv olacaq.
    Remix funksiyası:
    Tətbiqin yenilənmiş versiyasında fotolara baxan zaman istifadəçilər aşağı sol hissədə olan kamera düyməsindən istifadə edə bilərlər. Beləliklə onlar baxdıqları fotoya stiker, mətn və ya hansısa digər fotonu əlavə edərək istifadəçiyə yenidən göndərə bilərlər. Bu cür funksiya Snapchat-da çoxdan var.
    Sonsuz təkrar etmə:
    Bundan sonra hansısa kontenti yükləməmişdən öncə ona sonsuz şəkildə təkrar baxış əlavə etmək olar. Bu halda foto və videolar dayanmadan əks olunacaqlar. Lakin istəyə uyğun olaraq onları pauzaya qoymaq mümkün olacaq.
    Regram düyməsi:
    Nəhayətki Instagram özünün Regram düyməsi üzərində çalışır. Bu düymə vasitəsilə istifadəçi öz kontentini yenidən paylaşa biləcək (reshare). Əvvəllər bunu etmək üçün istifadəçi öz foto və videosunu cihazın yaddaşında saxlayıb, daha sonra onu səhifəsi vasitəsilə yenidən paylaşmalı olurdu. Və ya bunu Regram kimi kənar tətbiqlərdən istifadə edərək edə bilərdi.
    GIF axtarışı:
    Instagram nəhayət ki, ismarıc və Stories paylaşımlarına GIF-lər əlavə etməyi və onları axtarmaq funskiyasını əlavə edir. GIF-ləri əlavə etmək üçün servis, Giphy-dən istifadə edəcək.
    iOS üçün Instagram Beta:
    Android üçün Instagram Beta artıq çoxdan mövcuddur. iOS əməliyyat sistemi üçün isə o, birinci dəfə təqdim olunacaq. Həmin beta versiyada servisin yeni bağlı betasında iştirak etmək imkanı yaranacaq.
    Stories-lərin arxivi:
    Bu yeni funksiya sayəsində istifadəçilər öz Stories paylaşımlarını şəxsi arxivdə saxlaya biləcəklər. Bu funksiya bayağı görünür və istifadəçiyə bir neçə ay və hətta ilə qayıtmaq imkanını verir. Test mərhələsində isə hələki bir neçə gün bundan öncə paylaşılmış Stories-lərdən söhbət gedir.
    Ən yaxın dostların siyahısı:
    Öz ən yaxın dostlarınızı seçilmişlər qrupuna daxil edin və öz kontentlərinizi yalnız onlarla bölüşün. Bununla yanaşı siz hansısa yaxın dostunuzu bu cür qrupa daxil etdiyiniz zaman o bu barədə bildiriş əldə etməyəcək. Bununla belə həmin siyahıdan kimsə paylaşım edəndə digər şəxsə bu barədə bildiriş gedəcək.
    WhatsApp-da paylaşmaq funksiyası:
    Instagram hələ də Facebooka aid digər servislərdə olan dostlarla ismarıc və istifadəçi səhifələrinin mübadiləsi funksiyasını test edir. Bu halda söhbət WhatsApp-dan gedir. iOS istifadəçiləri yaxın zamanda bu funksiyaya sahib olacaqlar. Android istifadəçiləri üçün isə “Share to Facebook” funksiyası artıq bir neçə müddətdir ki, aktivdir.
    Paylaş
    Bənzər xəbərlər