main-post-cover

    Instagram"da foto və video arxivinin yüklənməsi rəsmi olaraq mümkün oldu

    Sosial Media
    25.04.2018
    Farid Pardashunas
    Instagram öz sözünə əməl edərək istifadəçilərə fotoservisdən bütün özəl məlumatları yükkləmək imkanını verdi. Bu barədə Techcrunch saytı xəbər verib. Bundan sonra bunu etmək üçün kənar tətbiqlər və ya servislərdən istifadə etməyə ehtiyac qalmayacaq. Instagram tətbiqinə kontentin köçürülməsi funksiyası bir qədər sonra əlavə olunacaq. Lakin bunu artıq fotoservisin saytında etmək mümkündür. Sadəcə olaraq bu linkə daxil olaraq Instagram hesabınızla keçid edib öz mail ünvanınızı qeyd etməlisiniz. Məlumatlarınızın yüklənmə linki məhz mail ünvanınıza göndəriləcək.
    Sorğunun təsdiqlənməsi üçün servis sizdən təkrar olaraq şifrənin qeyd olunmasını tələb edəcək. Məlumatların kopyalarının yaradılması isə 2 gün çəkəcək. Yüklənəcək fayllar arasında istifadəçi məlumatları, bütün foto və videolar, Stories arxivi (keçən ilin Dekabr ayından sonra paylaşılmış), Direct mesajları (öz-özünə silinənlər istisna olmaqla), kontaktlar siyahısı, abunəçilərin və istifadəçinin özünün abunə olduğu insanların adları yer alacaq. Qeyd etmək lazımdır ki, Facebook-a arxiv məlumatların yüklənməsi funksiyası hələ 2010-cu ildə əlavə olunmuşdu. Instagram istifadəçiləri isə uzun müddət bu cür funksiyanın fotoservisə əlavə olunmasını tələb edirdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər