main-post-cover

    Instagram'da mesajlaşma dövrü bitir: Direct from Instagram

    Sosial Media
    25.03.2018
    Nijat Hamid
    Olmazsa olmazlarımızdan olan məhşur sosyal medya Instagram üçün xatırladığımız kimi bir çox yeniliklər gəlir. Technote olaraq biz də bu yenilikləri ilk sizlərlə bölüşürük. Bu səfərki yenilik isə Instagram-da mesajlaşma dövrünü bitirmək üçün böyük bir addımdı. Belə ki, tətbiqi hazırlayan şəxslər Instagram-da mesajlaşmaq üçün ayrı bir tətbiq hazırladılar: "Direct From Instagram"
    Facebook Messenger kimi artıq mesajlaşmaq üçün Instagram xarici tətbiqdən istifadə edə biləcik.    
    Facebook Messenger ilk çıxdığında heç sevilmədi və istifadəçilər tərəfindən mənfi fikirlər alaraq tənqid edildi. Lakin Facebook-un strategiyasına əsasən öz tətbiqlərində mesajlaşmaq funksiyası yavaş-yavaş yığışdırıldı və nəticədə hərkəs Messenger istifadə etməyə məcbur oldu. İndi isə eyni addımı Instagram üçün edirlər. Direct From Instagram tətbiqi Snapchat-ə oxşarlığı ilə diqqət çəkir. Snapchatda olduğu kimi tətbiqə daxil olduqda qarşımıza kamera ekranı çıxır. Hal-hazırda yalnızca 6 ölkə üçün açıq olan tətbiq yaxın günlərdə bütün dünya üçün istifadəyə hazır olacaq. Tətbiqi yüklədiyiniz zaman Instagram-dakı  mesajlar bölməsi itəcək və sizə gələn mesajlar avtomatik olaraq Direct From Instagram tətbiqindən qəbul ediləcək. Əvvəlki rahatlıq, yəni, həm paylaşılan şəkillərə/videolara baxmaq, həm də gələn mesajları cavablamaq artıq 2 tətbiq vasitəsilə ediləcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər