Logo
    main-post-cover

    Instagram-da Reels videolarının baxış tarixçəsi imkanı istifadəyə verilib

         Instagram yeni Watch history funksiyasını istifadəyə verib. Bu funksiya daha əvvəl baxılmış bütün Reels videolarını görməyə imkan yaradır. Bu barədə platformanın rəhbəri Adam Mosseri məlumat verib. Bölməyə daxil olmaq üçün menyuda “Settings” → “Your activity” → “Watch history” ardıcıllığını yerinə yetirmək lazımdır. İstifadəçilər siyahını tarixə, tarix aralığına və ya müəllifə görə sıralaya, həmçinin istədikləri videoları tarixçədən silə bilərlər. Əvvəllər, itirilmiş videonu tapmaq üçün istifadəçilər ya hesab məlumatlarını yükləməli, ya da bəyəndikləri məzmunu fərdi şəkildə axtarmalı olurdular. Oxşar funksiya TikTok-da artıq bir neçə ildir mövcuddur, lakin Instagram daha çox çeviklik təklif edir - istifadəçi görüntüləmə ardıcıllığını “yenidən köhnəyə” və ya “köhnədən yeniyə” doğru dəyişə bilər.
    Paylaş