Logo
    main-post-cover

    Instagram-da Strories paylaşımlarına şərh bildirmək funksiyası istifadəyə verilib

    Sosial Media
    04.09.2024
    Emil
         Instagram Stories paylaşımları üçün nəzərdə tutulmuş yeni funksiyanı istifadəyə verib. Söhbət, Stories paylaşımlarına şərhlərin bildirilməsindən gedir. Formal olaraq Stories paylaşımlarına şərh bildirmək əvvəllər də mümkün idi. Lakin bu halda şərhlər Stories paylaşımını etmiş şəxsin özəl mesajlar bölməsinə göndərilirdi. İndi isə Stories paylaşımına yazılan şərh paylaşımın alt hissəsində əks olunacaq.
         Yazılan şərhlər də Stories paylaşımlarının özləri kimi 24 saatdan sonra avtomatik olaraq silinəcəklər. Stories paylaşımını etmək istəyən şəxs şərhləri yaza biləcək şəxsləri özü seçə biləcək. Yəni şərhləri istifadəçinin bütün abunəçiləri və ya yalnız konkret şəxslər yaza biləcəklər. Şərh bölməsini ayrı-ayrı Stories paylaşımları üçün aktiv və ya deaktiv etmək mümkündür. Bu imkanın aktiv olacağı halda şərhləri bütün abunəçilər görə biləcəklər.
    Paylaş
    Bənzər xəbərlər
    instagram-a-yuklenen-fotolara-metnlerin-elave-edilmesi-funksiyasi-istifadeye-verilib
    Sosial Media

    Instagram-a yüklənən fotolara mətnlərin əlavə edilməsi funksiyası istifadəyə verilib

    Instagram öz platformasına yüklənən fotolara mətnlərin əlavə edilməsi prosesini sadələşdirən yeni funksiyasını təqdim edib.
    instagram-paylasimlarinda-foto-ve-video-limiti-artirildi
    Sosial Media

    Instagram paylaşımlarında foto və video limiti artırıldı!

    Instagram, bu gün istifadəçilərini sevindirəcək yeni funksiyasını paylaşıb. İndiyə qədər 10 foto və ya video ilə məhdudlaşan Instagram paylaşımlarına indi daha çox məzmun əlavə etmək olar.
    google-ve-meta-nin-usaqlari-hedef-alan-gizli-ortaqligi-uze-cixib
    Digər

    Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!

    Google və Meta sosial media platformaları, YouTube və Instagram vasitəsilə uşaqları hədəfə alıb. Reklam siyasətləri ilə uşaqları cinsiyyətçi reklamlara məruz qoyan şirkətlər, ortaqlıqları üzə çıxdıqdan sonra planlarından əl çəkiblər.
    instagram-a-girisin-mehdudlasdirilmasi-turkiye-ucun-baha-basa-gele-biler
    Sosial Media

    Instagram-a girişin məhdudlaşdırılması Türkiyə üçün baha başa gələ bilər!

    BTK-nın Instagram-a girişi məhdudlaşdırması Türkiyədə gündəmi alt-üst etmiş vəziyyətdədir. Qərarın iqtisadi təsirləri yüksək səslə müzakirə edilərkən, Elektron Ticarət Operatorları Dərnəyi (ETİD) İdarə Heyətinin sədr müavini Emre Ekmekçi, Instagram-ın bağlanmasının e-ticarət sektoruna vuracağı zərərlə bağlı təəccüblü məlumatlar verib.
    turkiyede-instagram-a-giris-mehdudlasdirilib
    Sosial Media

    Türkiyədə Instagram-a giriş məhdudlaşdırılıb!

    Dünyanın ən məşhur sosial media platformalarından biri olan Instagram-ın Türkiyədə bağlanması sosial media istifadəçilərini heyrətə salıb. Bəs, bu vəziyyət müvəqqətidir, yoxsa daimi?