
Instagram'da verification özəlliyini şəxsiyyəti təsdiq edən sənəd vasitəsilə almaq olacaq
Sosial Media
29.08.2018
Emil
Facebook şirkətinə aid olan
Instagram servisi təhlükəsizlik tədbirlərinin yaxşılaşdırılması üzrə işlərin
aparıldığını bildirib. Beləliklə bundan sonra Instagram-da verification özəlliyini
əldə etmək istəyəcək istifadəçilər öz şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim
etməli olacaqlar. Qeyd etmək lazımdır ki, Instagram-da əvvəllərdə verification
özəlliyinə sahib hesablar var idi. Lakin indiyənə kimi həmin özəlliyi servisin
özü istifadəçilərə təqdim edirdi.
Verification özəlliyini əldə etmək istəyən
istifadəçi servisdəki yeni bölmə vasitəsilə istifadəçi adını, real adını qeyd
etməli və şəxsiyyətini təsdiq edən sənədin kopyasını göndərməlidir. Bütün
bunların edilməsi halında da verification özəlliyinin əldə olunacağına zəmanət
verilmir. Bundan əlavə olaraq yaxın zamanda hansısa Instagram hesabı barəsində
məlumat da əldə etmək mümkün olacaq. Məsələn hesabın qeydiyyatdan keçmə tarixi,
qeydiyyat ölkəsi, istifadəçinin əvvəlki adları, istifadəçinin reklam
kampaniyaları və s. kimi məlumatlıarı əldə etmək mümkün olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
