
Instagram-da yenilik. Bundan sonra Stories-ə istədiyiniz foto və videonu yükləyə biləcəksiniz
Sosial Media
09.11.2017
Instagram yalnız 24 saat əvvəl çəkilmiş foto və ya videonu Stories bölməsinə əlavə edilməsi qaydasını ləğv edib.
Bu yenilik olmamışdan öncə Instagram -ın Stories bölməsinə yalnız son 24 saat ərzində çəkilmiş foto və
videonu yükləmək mümkün idi. Bu zaman tətbiq foto və videonun metaməlumatlarını
yoxlayırdı. Buna görə də Instagram istifadəçiləri bir sıra hiylələrə əl
atırdılar. Məsələn, onlar hansısa fotonun screenshotunu çəkir və ya köhnə
videonun çəkiliş tarixini dəyişirdilər. İndi isə bunu etməyə ehtiyac qalmayıb.
Belə ki, Stories bölməsinə istənilən foto və videonu yükləmək olar. Lakin köhnə
materialların yüklənməsi zamanı tətbiq həmin materialların hansı tarixdə çəkildiklərini
əks etdirəcək stikerin əlavə olunmasını təklif edəcək. Bu üsulla Instagram
yaradıcıları insanların öz abunəçiləri ilə səmimi olmalarına imkan yaradır. Bu
yenilik həmçinin əsas səhifəyə foto paylaşıb daha sonra onu pozanlara da yönəlib.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...