Instagram'da YouTube servisinin analoqu və digər istifadəçilərin Stories'lərinin paylaşılması
Sosial Media
10.06.2018
Farid Pardashunas
Bir neçə müddət bundan öncə
verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Instagram-a yaxın zamanda 1 saat
xronometraja sahib videoları yükləmək olacaq. İndi isə məlum olub ki, tərtibatçılar
Instagram-a YouTube kimi video bölməsi əlavə edə bilərlər. Gələcəkdə istifadəçilər
Instagram-a hətta 4K formatlı 5-15 dəqiqəlik tam ekranlı və ya şaquli videoları
yükləyə biləcəklər. Bu cür videokontentləri həm professional bloqqerlər həmdə
adi istifadəçilər yükləyə biləcəklər. Bununla yanaşı bu cür videoların müəllifləri
həmin videolar sayəsində pul da qazana biləcəklər.
Məsələn videoya baxan zaman
istifadəçi barmağı ilə videonu yuxarı sürüşdürərək müəllifin saytına və ya öncədən
linki qoyulmuş hansısa internet mağazasına daxil ola biləcək. Bu funksiyanın nə
zaman reallaşdırılacağı hələki bilinmir. Çünki Instagram hələ reklam verənlərlə
müqavilə bağlamayıb. Yeni funksiyaların anonsunun isə 20 İyun tarixində baş
tutacağı güman olunur. Bununla yanaşı Instagram Stories bölməsinə yeni funksiya
əlavə olunub. Belə ki, istifadəçilər bundan sonra digər istifadəçilərin Stories
paylaşımlarını öz Stories-lərində paylaşa
biləcəklər.
Yeni funksiya Instagram-ın həm Android həmdə iOS versiyalarında
aktivdir. Bu yeni funksiya @mention Sharing adlanır. Digər istifadəçinin
Stories paylaşımını yalnız o halda öz Stories bölməsində paylaşmaq olacaq ki, ilk
paylaşımı etmiş şəxs ikinci şəxsi paylaşımda @ işarəsi vasitəsilə tag etmiş
olsun. Bunu etdikdən sonra paylaşımı etmiş müəllifə belə bir bildiriş gələcək: “Adı
çəkilmiş istifadəçilər növbəti 24 saat ərzində bu Stories paylaşımını öz
Stories-lərində paylaşa bilərlər”.
Paylaşımda tag olunmuş istifadəçi isə
linkli mesaj və belə bir bildiriş əldə edəcək: “Bunu öz Stories bölmənizə əlavə
etmək”. Nəticədə istifadəçi həmin təklif olunan Stories paylaşımına mətn,
stiker və ya foto əlavə edərək onu öz Stories bölməsində paylaşa biləcək. Stories
paylaşımını ilk dəfə paylaşmış istifadəçi də öz növbəsində ikinci şəxs tərəfindən
paylaşılmış Stories paylaşımında tag olunacaq. Qeyd etmək lazımdır ki, bu
funksiyadan yalnız hesabı public olan istifadəçilər istifadə edə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ