main-post-cover

    Instagram daha bir maraqlı yenilik ilə istifadəçilərini sevindirdi!

    Sosial Media
    23.05.2017

    Artıq Instagramda istəməyərək sildiyiniz və ya məcburən silməli olduğunuz şəkillərinizi silmək əvəzinə arxiv bölməsinə göndərə bilərsiniz.

    Instagram-ı demək olar ki hər birimiz istifadə edirik, bəzilərimiz isə psixopatlıq dərəcəsində gününün haradasa hər anının şəkilini çəkib burada paylaşır. Bəzən aralarında sildiyimizə peşman olduğumuz ya da hərhansı bir səbəbdən silmək məcburiyyətində qaldığımız paylaşımlar ola bilir. Instagram, paylaşdığı son yenilənmə ilə istifadəçilərin bu problemlərini həll edəcək bir xüsusiyyət gətirdi.
    İstifadəçilər, bundan sonra profillərində görünməsini istəmədikləri şəkilləri silmədən birbaşa olaraq Arxiv adındakı yeni bölməyə köçürə biləcəklər. Şəkilinizin sağ üst hissəsində yerləşən 3 nöqtəyə toxunduğunuzda Paylaş, Dəyişdir kimi xüsusiyyətlərin yer aldığı sahədə yer alan Arxivin işləmə prinsipi də olduqca sadədir. Bu bölməyə toxunduğunuzda şəkiliniz artıq profilinizdə görünməyəcək və Arxivdə yadda saxlanılacaq.

    Xüsusiyyətin belə bir üstün cəhəti də mövcuddur: İstəsəniz paylaşımınızı təkrar profilinizə əlavə edə bilirisiniz. Profilinizdə görünməsini istədiyiniz bu şəkil, ilk yüklədiyiniz tarixdə görüləcək – Arxivdən çıxartdığınız tarixdə yox.
    Bu xüsusiyyətin daha çox bir küsən, bir barışan sevgililərin köməyinə çatacağını düşünürük. Nə vaxtsa həyəcanla paylaşılan, onlarla bəyənmə və şərhin gəldiyi o şəkilləri bir anlıq əsəblə sildikdən sonra yaşanılan sarsıntı, zənnimizcə bu xüsusiyyətlə son tapacaq.
    Əgər bu xüsusiyyəti görmürsünüzsə, hələki yenilənməni almamısınız deməkdir. İstəyirsinizsə elə indi əməliyyat sisteminizin marketinə baş çəkib yenilənmənin gəlib-gəlmədiyini yoxlaya bilərsiniz.
    Linki kopyala