
Instagram'dakı paylaşımlara yeni üsul ilə baxmaq olacaq
Sosial Media
13.10.2018
Emil
Instagram-da edilmiş paylaşımların yeni baxılma üsulu test olunur. Belə ki, Instagram ana səhifəni aşağı sürüşdürmək əvəzinə paylaşımları bir klik ilə dəyişməyi təklif edir. Bu cür sistem Instagram-ın Stories bölməsində çalışır. İstifadəçi növbəti Stories paylaşımına baxmaq üçün ekrana klik etməli olur. İndi isə bu sistem Instagram-ın ana səhifəsində test olunur. Bu üsulda ana səhifədəki paylaşımlar tam ekranda əks olunur və onların arasında keçid etmək daha da sürətləşir. Yeni üsul hələki test rejimində və yalnız Explore bölməsində çalışır. Instagram təmsilçiləri qeyd ediblər ki, paylaşımlara bu üsulla baxmaq hələki prioritetli deyil.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
