Logo
    main-post-cover

    Instagram-dakı şərhlərdə bəyənməmə düyməsi test edilir

    Sosial Media
    17.02.2025
    Emil
         Instagram şərhlər üçün gizli bəyənməmə düyməsini təqdim edir. Bu funksiya istifadəçilərə arzuolunmaz şərhlərə reaksiya verməyə imkan yaradacaq, lakin onların mövqeyi ictimai şəkildə görünməyəcək. Düymə ümumi say göstəricisini əks etdirməyəcək, lakin şərhlərin sıralanmasına təsir edə bilər. Məlumata əsasən Instagram artıq bu funksiyanı postlar və Reels altındakı şərhlərə münasibəti ifadə etmək üçün test etməyə başlayıb. Şirkət təsdiqləyib ki, bu təcrübə istifadəçilərə, xoşlarına gəlməyən və ya əlaqəsiz hesab etdikləri şərhləri bildirmək imkanı yaratmaq məqsədi daşıyır.
         Instagram rəhbəri Adam Mosseri-nin sözlərinə əsasən bu düymə yalnız onu klikləyən istifadəçiyə görünəcək, şərh müəllifi isə mesajının başqaları tərəfindən bəyənilmədiyini bilməyəcək. Bununla yanaşı, bəyənməmə sayı ictimai şəkildə göstərilməyəcək. "Instagram şərhləri yanında yeni bir düyməni test edirik ki, insanlar onlara xoş gəlməyən şərhlər barədə fikirlərini özəl şəkildə ifadə edə bilsinlər. Gələcəkdə bu siqnaldan istifadə edərək həmin şərhlərin reytinqini aşağı sala bilərik” - deyə Mosseri Threads-də qeyd edib. Bu funksiyanın ilk testləri haqqında məlumat ötən ay ortaya çıxmışdı, lakin indi Instagram rəsmi olaraq bu təcrübənin mövcudluğunu təsdiqləyib.
         Hazırda testlər məhdud sayda istifadəçi üzərində aparılır. Gələcəkdə yeni alqoritm şərhlərin görüntülənmə sırasına təsir edəcək və bu sosial şəbəkənin istifadəçiləri arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmağa kömək edəcək. Qeyd etmək lazımdır ki, oxşar sistem artıq uzun müddətdir Reddit platformasında mövcuddur və orada səsvermə mexanizmi şərhlərin sıralanmasına birbaşa təsir edir. Lakin hələlik Instagram-ın bəyənməmə düyməsinə eyni dərəcədə əhəmiyyət verib-verməyəcəyi bəlli deyil. Yeni funksiya müzakirələrdə toksikliyi azaltmağa və şərhləri daha müsbət mühitə çevirməyə kömək edə bilər. Bununla belə, Meta hələ bu funksiyanın qlobal miqyasda istifadəyə veriləcəyi tarixi açıqlamayıb.
    Mənbə: Techcrunch
    Paylaş
    Bənzər xəbərlər
    instagram-capcut-in-edits-adli-reqibini-anons-edib
    Proqram Təminatı

    Instagram, CapCut-ın Edits adlı rəqibini anons edib

    Instagram-ın rəhbəri Adam Mosseri videoların redaktəsi üçün nəzərdə tutulmuş yeni tətbiqi anons edib. İstifadəyə veriləcək yeni tətbiq Edits adlanır.
    mark-zuckerberg-demokratlari-meta-sirketine-tezyiqde-gunahlandirib-video
    Sosial Media

    Mark Zuckerberg demokratları Meta şirkətinə təzyiqdə günahlandırıb (VİDEO)

    Donald Trump-ın ABŞ-dakı yeni prezidentlik dövrü 20 yanvar tarixindən başlayacaq. Lakin onun öz prezidentlik vəzifəsinə hələ başlamamasına baxmayaraq onun müxtəlif sahələrə təsiri artıq nəzərəçarpandır.
    tiktok-planetimizin-atmosferini-en-cox-cirklendiren-sosial-sebekedir
    Sosial Media

    TikTok planetimizin atmosferini ən çox çirkləndirən sosial şəbəkədir

    Greenly şirkəti TikTok istifadəçilərinin bu məşhur platformanı istifadə etmələri səbəbilə qoyduqları karbon izinin miqdarını təyin edib. Məlum olub ki, TikTok istifadəçiləri atmosferi digərlərindən daha çox çirkləndirirlər.
    instagram-da-videolara-suni-zeka-vasite
    Sosial Media

    Instagram-da videolara süni zəka vasitəsilə müxtəlif dəyişikliklər əlavə etmək mümkün olacaq

    Instagram yaxın zamanda süni zəka əsaslı yeni funksiyanı istifadəyə verəcək. İsitfadəyə veriləcək funksiya Instagram daxilində videolara dəyişikliklər əlavə etməyə imkan verəcək.
    instagram-da-test-meqsedli-reels-funksiyasi-istifadeye-verilib
    Sosial Media

    Instagram-da test məqsədli Reels funksiyası istifadəyə verilib

    Instagram tərtibatçıları məşhur servisə yeni funksiya əlavə ediblər. Söhbət, test məqsədli Reels paylaşımlardan gedir. Bu funksiya istifadəçiyə qısa Reels videonu öz abunəçiləri ilə paylaşmamaq imkanını verir.