Logo
    main-post-cover

    Instagram-ın aylıq istifadəçi kütləsi 3 milyarda çatıb

         Meta-nın baş direktoru Mark Zuckerberg qürurla elan edib ki, sosial şəbəkə Instagram ayda 3 milyard aktiv istifadəçi həddinə çatıb. Bununla da platforma bu il aylıq aktiv istifadəçilərinin sayı 3 milyardı keçən Facebook WhatsApp-a qoşuldu. Bu əlamətdar göstərici 2022-ci ilin oktyabrında 2 milyard istifadəçi həddinin aşılmasından 2 ildən az müddət sonra əldə olunub. Məlumata görə, Zuckerberg Instagram-ın artımını şərh edərkən yaradılmış icmanı “möhtəşəm” adlandırıb. 2024-cü ilin aprelində Meta açıqladı ki, artıq Facebook və digər tətbiqləri üzrə gündəlik və aylıq aktiv istifadəçilərin sayını ayrıca olaraq rüblük hesabatlarda paylaşmayacaq. Bunun əvəzinə şirkət bütün tətbiqlərdə birlikdə gündəlik aktiv istifadəçilərin sayını açıqlamağa başladı. İyul ayında bu göstərici 3.48 milyarda çataraq analitiklərin 3.45 milyardlıq proqnozunu üstələdi. Bundan əvvəl, cari ilin yanvarında Zuckerberg bildirmişdi ki, Facebook-un aylıq aktiv istifadəçilərinin sayı 3 milyardı keçib, həmin ilin aprelində isə o, messencer WhatsApp-ın da eyni həddi aşdığını qeyd etmişdi.
    Paylaş