main-post-cover

    Instagram-ın canlı yayımına yeni funksiya gəlir

    Sosial Media
    22.09.2017
    Emil Nəcəfov
    Kimisi onları sevir, kimisi onlara nifrət edir. Lakin əksəriyyəti onların haqqında bilir və onlardan istifadə edir.
    Bundan sonra Instagram-dakı rəngli filtrləri və stikerləri, canlı yayım zamanı əlavə etmək mümkün olacaq. Daha öncə bu cür funksiya, Facebook Live-da aktiv idi və onun, Instagram-a əlavə edilməsi sadəcə olaraq vaxt məsələsi idi. Canlı yayımdan öncə və ya canlı yayım zamanı yeni funksiyadan istifadə etmək üçün ekranın aşağı sağ hissəsində üz formasında olan düyməyə klikləmək lazımdır. Daha sonra redaktə etmək istədiyiniz hissəni seçərək təqdim olunacaq filtr, stiker və ya effektin üzərinə klikləyin. Yeni funksiya mütəmadi olaraq bir çox istifadəçilər üçün aktiv olacaq və növbəti həftələr ərzində artıq bütün istifadəçilər üçün təqdim olunacaq.

    Linki kopyala