main-post-cover

    Instagram'ın veb versiyasında özəl mesajlar funksiyası test edilib

    Sosial Media
    13.02.2019
    Farid Pardashunas
        Instagram şirkət daxilində fotoservisin veb versiyası üçün nəzərdə tutulmuş özəl mesajlar funksiyasının testini aparıb. Bu barədə Techcrunch saytı xəbər verib. Instagram-ın veb versiyasında özəl mesajları funksiyasını tərtibatçı Jane Manchun Wong aşkar edib. O, Facebook, Instagram və digər servislərin kodlarını analiz edərək yeni funksiyalar barədə məlumatları öz Twitter hesabında paylaşır.

        Instagram-ın verdiyi məlumata əsasən şirkət hal hazırda bu funksiyasını istifadəçilər üzərində test etmir. Qeyd etmək lazımdır ki, fotoservisin veb versiyası tətbiqdən çox geridə qalır. Belə ki, veb versiyası sayəsində servisin özünə və ya Stories bölməsinə foto yükləmək mümkün deyil. Venturebeat saytı bildirib ki, əgər özəl mesajlar funksiyası Instagram-ın veb versiyasına digər funksiyalardan daha öncə əlavə edilsə, bu o mənaya gələcək ki, Facebook inkişaf üçün ən perspektivli sahəni məhz istifadəçilər arasındakı mesajlaşmanı hesab edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər