main-post-cover

    Instagram kənar tətbiqlərə istifadəçi məlumatlarına keçidi məhdudlaşdıracaq

    Sosial Media
    03.04.2018
    Farid Pardashunas
        Əgər siz aktiv Instagram istifadəçisisinizsə və kənar tətbiqlərdən istifadə edirsinizsə, alternativ variantlar axtarmağa başlasanız yaxşı olar. Belə ki, sosial şəbəkə tətbiqin proqram interfeysini (API) dəyişir və istifadəçi məlumatlarına keçidi bağlayır. Bu barədə Techcrunch saytı xəbər verib. Instagram kənar tətbiqlərin istifadəçi məlumatlarını əldə etdikləri vaxtı azaldıb. Bundan sonra həmin tətbiqlər 1 saat ərzində 5000 sorğu deyil 200 sorğunu yerinə yetirə biləcəklər.
        API dəyişiklikləri ucbatından bəzi tətbiqlər isə hətta Instagram sistemindən də çıxarılacaqlar. Bu dəyişiklik ilk öncə hashtag məhşurluqlarını analiz edən və ya hesabların abunəlik yoxlanışlarını reallaşdıran tətbiqlər üçün əsl zərbə olacaq. Yeni qaydalar nəticəsində bir çox tətbiqlər sadəcə olaraq öz işlərini görə bilməyəcəklər. Tətbiq sorğu limitini keçdiyi halda onu Instagram sistemindən çıxardırlar. Bundan əlavə olaraq Instagram gələcək API yenilənmələrində istifadəçilərin müəyyən məlumatlarına keçid açmağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər