Logo
    main-post-cover

    Instagram parol sıfırlama bildirişləri ilə bağlı iddialara cavab verdi

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Instagram bəzi istifadəçilərin şübhəli parol sıfırlama e-poçtları almasına baxmayaraq, platformada heç bir məlumat sızmasının (breach) baş vermədiyini açıqlayıb.
         Mövzu antivirus proqramları hazırlayan Malwarebytes şirkətinin Bluesky platformasında paylaşdığı iddiadan sonra gündəmə gəlib. Şirkət Instagram-dan göndərildiyi iddia olunan parol sıfırlama e-poçtunun skrinşotunu paylaşaraq, guya 17,5 milyon Instagram hesabına aid həssas məlumatların kibercinayətkarlar tərəfindən ələ keçirildiyini bildirib. İddiaya görə, bu məlumatlar dark web üzərindən satışa çıxarılıb və sui-istifadə edilə bilər.
         Instagram isə bu iddialara cavab olaraq X platformasında açıqlama paylaşıb. Şirkət bildirib ki, problem sistemdəki bir texniki boşluqla bağlı olub və xarici bir tərəf bəzi istifadəçilər üçün parol sıfırlama sorğuları göndərə bilib. Instagram məsələni artıq həll etdiyini qeyd edib, lakin nə həmin “xarici tərəf”, nə də problemin texniki detalları ilə bağlı əlavə məlumat verməyib.
    Paylaş