Instagram şərhlərinə foto, video əlavə etmək özəlliyi və digər yeniliklər gəldi
Sosial Media
18.08.2017
Farid Pardashunas
Instagram-ın son yenilənməsində şərhlərə və onlara aid cavablara foto ilə video əlavə etmək funksiyası gəlib.
Bir neçə gün bundan öncə Instagram-dakı şərhlər bölməsi öz təsvirini
dəyişmişdi. Yenilənmiş şərh bölməsi çox rahat şəkildə reallaşdırılıb. Bundan
sonra kimsə sizin şərhinizə cavab versə, həmin cavab, bildiriş siyahısına
deyil, ismarıclar bölməsinə bərkidilir. Bundan əlavə olaraq şərhlərə cavab
olaraq foto və video da əlavə etmək imkanı var. Həmçinin istifadəçilər bundan
sonra Direct-də hər hansısa bir ismarıcı digər insana göndərə bilərlər. “Bundan
sonra sizin cavabınız avtomatik olaraq təsvirləri özündə birləşdirəcək. Sadəcə
olaraq cavablandırmaq düyməsinə klik edərək kameraya daxil olun və selfie çəkərək
onu ismarıcınıza birləşdirin” – deyə Instagram-ın rəsmi blogunda qeyd olunub.
Daha bir yenilik isə ondan ibarətdir ki, istifadəçilər bundan sonra öz
fotolarını müxtəlif təsvirlərlə birləşdirə, onlara effektlər əlavə edə biləcəklər.
Instagram-a gələn bu yeniliklər həm Android, həmdə iOS sistemləri üçün
aktivdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ