
Instagram Stories'ə son zamanların məşhur foto rejimi gəldi
Sosial Media
11.04.2018
Emil
Instagram servisi öz məşhur Stories funksiyasına Focus adlı
portret rejimini əlavə etdi. Bu rejim çəkilmiş fotonun arxa fonunu bokeh effekti
sayəsində bulanıq edir. Lakin bu yeni funksiya bütün cihazlarda çalışmayacaq (məsələn
iPhone 6s və bəzi Android smartfonlar). Qeyd etmək lazımdır ki, fotoda bu cür
effekti əldə etmək üçün müasir smartfonlarda ikili arxa kameradan istifadə
olunur.

Lakin Instagram-da süni zəka texnologiyasından istifadə olunacaq. Yeni
funksiya həm arxa kamera həmdə ön kamera üçün keçərlidir və onu hətta
videolarda da istifadə etmək mümkündür. Sözügedən effektlə çəkilmiş fotolara
filtrlər və stikerlər əlavə etmək olar. Həmçinin servis qradient rəngli stiker də əlavə edib.
Onun vasitəsilə istifadəçilər öz dostlarını işarələyə bilərlər. Əgər sözügedən
funksiyaları Instagram-da aşkar edə bilməmisinizsə deməli onlar tədricən hamı
üçün aktiv olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
