Logo
    Instagram Stories-ə sorğu-sual funksiyası gəldi

    Instagram Stories-ə sorğu-sual funksiyası gəldi

    Sosial Media
    04.10.2017
    Instagram-ın Stories bölməsinə sorğu-sual özəlliyi əlavə edilib.
    Bu barədə Instagram-ın özü xəbər verib. Stories bölməsində sorğu yaratmaq üçün sorğu düyməsi kimi təqdim olunan xüsusi stikeri seçmək lazımdır. Bu cür Stories paylaşımını etmiş şəxs, sorğunun nəticələrini real zamanda görə biləcək. Səsverənlər isə səsvermədən sonra nəticələri görə bilərlər. Sonda isə səsvermələrin nəticələri, Stories paylaşımı ilə birlikdə 24 saatdan sonra avtomatik olaraq pozulacaq.

    Bununla yanaşı Instagram, tərtibat üçün bir sıra yeni funksiyalar da əlavə edib. Əlavə olunmuş yeni özəlliklər arasında mətn rənginin seçimi, rəsm çəkmək üçün fırça düyməsi və mətn ilə stikerlərin tarazlaşdırılması yer alır. Yeni funksiyalar, Instagram-ın 16-cı və ya daha yuxarı versiyaları üçün hər iki platformada (Android iOS) aktiv olacaq.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Instagram Stories-ə sorğu-sual funksiyası gəldi