main-post-cover

    Instagram Stories-ə yeni və maraqlı funksiya əlavə olundu

    Sosial Media
    07.07.2017
    Emil Nəcəfov

    Instagram komandası, sözügedən tətbiq üçün yeni funksiya təqdim ediblər.

    Bundan sonra istifadəçilər Stories paylaşımlarına foto və video vasitəsilə cavab verə biləcəklər. Cavab kimi selfie fotolar, Boomerang videolar və s.-dən istifadə etmək olar. Hansısa Stories paylaşımına cavab vermək üçün istifadəçi, Stories paylaşıma baxan zaman yeni kamera düyməsinə klik etməlidir. Stories paylaşımlarını redaktə etmək mümkün olduğu kimi onlara olan cavabları da redaktə etmək mümkündür. Belə ki, istifadəçilər Stories cavablarına maskalar, sitkerlər və s. əlavə edə bilərlər. Bundan əlavə olaraq həmin cavablara Stories paylaşımlarının özünün kiçik versiyalarını yerləşdirmək mümkündür. Stories bölməsinə əlavə edilmiş yeni funksiya hal hazırda həm iOS, həmdə Android istifadəçiləri üçün aktivdir. 

    Linki kopyala