
Instagram Story'lərinə musiqi əlavə etmək funksiyası gəlir
Sosial Media
21.06.2018
Nijat
Instagram, Story bölməsinə yeni funksiyalar gətirməyə davam edir. Bir müddət əvvəl şirkətin Spotify və SoundCloud kimi musiqi servisləri ilə müqavilə imzaladağından bəhs etmişdik. Bu gun isə proqramın qaynaq kodlarında aşkarlanan servislərin kodları və sızan şəkilə görə qısa zaman ərzində bu funksiya ilə tanış olacağımızdan xəbər verir.
TechCrunch'ın verdiyi məlumatlara görə qısa zamanda bu funksiya qlobal olaraq yayımlanacaq və proqramın daxilindən musiqiləri janrına və oxuyan ada görə axtarmaq mümkün olacaq.
Facebook, Spotify, Soundcloud kimi servislər ilə bu funksiyaya görə müqavilə imzaladı. Şərtlər bəlli olmasa da, bilinir ki, böyük bir musiqi bazası bizə təklif olunacaq. Musiqilər trendlərə görə də axtarıla biləcək.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
