
Instagram süni zəka vasitəsilə yeniyetmələri təyin edə biləcək
Sosial Media
06.11.2024
Emil
Meta şirkəti Instagram-a süni zəka əsaslı yeni sistemi inteqrasiya edir. İnteqrasiya edilən yeni sistem əsl yaşlarını gizli saxlamağa çalışan yeniyetmə istifadəçiləri təyin etməkdə yardımçı olacaq. Belə ki, sistem istifadəçinin real yaşını təyin etmək üçün onun fotolarını, abunəçilərini və dostlarının paylaşımlarını analiz edəcək. Bloomberg saytının vermiş olduğu məlumata əsasən Meta şirkətinin bu qərarı sosial şəbəkənin yeniyetmə istifadəçilərin psixologiyalarına təsirindən narahat olan valideynlər və qanunverici orqanların təzyiqləri ilə əlaqəlidir. Məlumatda qeyd edilib ki, Instagram-a inteqrasiya edilən bu yeni sistem Adult classifier adlanır.
Bu yeni süni zəka əsaslı sistem sayəsində Meta şirkəti 18 yaşından kiçik olan istifadəçiləri onların öz hesablarında hansı məlumatları qeyd etmələrindən asılı olmayaraq avtomatik şəkildə daha ciddi konfidensiallıq ayarlarına sahib hesablara keçirəcək. Qeyd etmək lazımdır ki, Meta hələ bir neçə müddət bundan öncə istifadəçilərin qeyd etmiş olduqları yaş kateqoriyası əsasında onların hesablarını yeniyetmə istifadəçilər kateqoriyasına daxil etməyə başladı. Lakin gələn ilin əvvəlində istifadəyə veriləcək Adult classifier adlı sistem bu qaydadan yan keçməyə çalışan istifadəçilərin aşkar edilməsinə imkan verəcək. Bununla belə 16 və 17 yaşında olan istifadəçilər konfidensiallıq ayarlarını fərdi şəkildə dəyişə biləcəklər. Lakin 16 yaşdan aşağı istifadəçilər üçün müəyyən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində valideynlərin razılığı tələb olunacaq.
Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
