
Instagram üçün möhtəşəm yenilik: Artıq Stories'ə (Hekayələrə) şəkilləri toplu halda yükləmək olacaq
Sosial Media
25.04.2018
Nijat
Ölkəmizdə ən çox istifadə edilən sosial medya platformalarından biri olan Instagram üçün yeniliklər yayımlanmağa davam edir. Artıq son çıxan yenilənmə ilə birliktə Instagram Stories (Hekayələr)-ə toplu olaraq şəkil atmaq mümkün olacaq. Yəni eyni anda qaleriyadan 10 ədəd şəkil və ya video seçib Instagram Stories-ə atmaq olacaq. Sıralama faylların yüklənmə ardıcıllığına görə olacaq.
Bundan əlavə hər şəkili ayrı-ayrı editləyə biləcəksiniz. Instagram daha öncə Focus funksiyası ilə istifadəçilərin üzünü güldürmüşdü. İndi isə Story-lər ilə bağlı bu yenilik bir çox insanın işini asandlaşdıracaq. Qeyd edək ki, hal-hazırda Android sistemlər üçün yayımlanan funksiya sonrakı həftələrdə iOS üçün də istifadəyə veriləcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
