
Instagram və Facebook-un azyaşlı istifadəçiləri ilə bağlı yeni məhdudlaşdırıcı tədbir görülüb
Sosial Media
26.01.2024
Emil
Meta şirkəti Facebook və Instagram-ın yetkinlik yaşına çatmamış istifadəçiləri üçün yeni məhdudiyyətin işə salındığını elan edib. Yeni məhdudiyyət tədbiri çərçivəsində azyaşlı istifadəçilərin kontaktları və ya dostları siyahısında olmayan şəxslər onlara mesaj göndərmə imkanına sahib olmayacaqlar. Daha öncə Instagram-da 18 yaşından yuxarı olan şəxslərin öz abunəlikləri siyahısında olmayan yeniyetmələrə mesaj göndərmələri qadağan idi.
İndi isə bu məhdudiyyət 16 yaşdan aşağı olan bütün istifadəçilərə standart şəkildə tətbiq ediləcək. Bununla yanaşı Meta şirkəti valideynlər tərəfindən idarə funksiyasını da təkmilləşdirəcək. Daha öncə yeniyetmə istifadəçinin öz hesabında etmiş olduğu hər hansısa dəyişiklik barəsində bildiriş valideynə göndərilirdi və valideyn buna heç cür reaksiya verə bilmirdi. İndi isə valideyn idarəsi funksiyası çərçivəsində valideyn yeniyetmə istifadəçinin öz hesabındakı hər hansısa dəyişikliyə icazənin verilib-verilməməsi imkanına sahib olacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
