
İnstagrama multiple hesab dəstəyi gəldi!
Sosial Media
08.05.2017
Facebook’un sahibi olduğu populyar foto-sosial şəbəkəsi Instagram, multiple hesab dəstəyi haqqında rəsmi açıqlama verdi. Əvvəlki xəbərimizdə sizə bildirmişdik ki, bu özəllik bəzi şanslı iOS istifadəçilərinə təqdim olunmuşdu. Şirkətin verdiyi açıqlamaya görə bu həftə bütün iOS və Android istifadəçiləri bu xüsusiyyətə qovuşacaq. Beləliklə, insanlar proqramdan çıxış etmədən 5 fərqli Instagram hesabı arasında sürətli şəkildə hərəkət edə biləcəklər. Bu xüsusiyyətin İnstagramın 7.15 versiyası ilə gəlməsi gözlənilir. Hesablar arasında hərəkəti isə profil tənzimləmələrindən həyata keçirmək mümkün olacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...