
Instagram`a tərcümə aləti gəlir
Sosial Media
07.05.2017
Farid
Bir neçə gün öncə 500 milyon aktiv istifadəçi sayına çatdıqları açıqlanan Facebook'un populyar foto-sosial şəbəkəsi Instagram, bu böyük kütlənin ehtiyaclarını da nəzərə alır. Gələn Aydan etibarən İnstagram`da tərcümə aləti yer alacaq.
Dünyanın hər yerindən aktiv istifadəçiyə sahib
olan şəbəkədə müxtəlif dillərdə insanlar bir birilə ünsiyyət qurur. İnsanlar
arasında ünsiyyəti asanlaşdırmaq adına belə bir addım atan developerlər, yeni
alətlə bu insanları bir birinə daha da yaxınlaşdırmaq istəyirlər. Birbaşa
olaraq proqramın içində olacaq tərcümə aləti, həm əsas səhifə, həm də profillərdə
işləyəcək. Yeni alət gələn ay bütün istifadəçilər üçün təqdim olunacaq.
İlk addımda hansı dillərə dəstək veriləcəyi bilinmir, amma müxtəliflik barədə elə də çox problem olmayacağı təxmin edilir.
İlk addımda hansı dillərə dəstək veriləcəyi bilinmir, amma müxtəliflik barədə elə də çox problem olmayacağı təxmin edilir.
Paylaş
Bənzər xəbərlər