Logo
    main-post-cover

    İnstagram\'da artıq bir neçə hesab idarə etmək mümkündür!

    Əgər İnstagram’da həm şəxsi, həm də əlavə profiliniz varsa, artıq proqramda tez tez profil dəyişməkdən canınız qurtulur. Çünki məşhur sosial şəbəkə artıq bir neçə profili eyni anda işlətmək üçün yeni versiya üzərində işləyir. Facebook’un sahibi olduğu Instagram’ın səssiz sədasız bir şəkildə təqdim etdiyi xüsusiyyət ilk olaraq 7.12.0 versiya nömrəsilə beta istifadəçilərinə təqdim olunub. iOS üçün isə hələki belə bir versia mövcud deyil. Yeni hesab əlavə etmək isə çox asandır. Eynilə Twitter’da olduğu kimi tənzimləmələrdən "Hesab əlavə et” düyməsinə tıklayırsınız və sonra yaratdığınız profillər arasında rahat hərəkət edə bilirsiniz. Əgər bu versiyanı yoxlamaq istəyirsinizsə, onda APK variantını buradan yükləyə bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər