main-post-cover

    İnternet asılılıqdan əziyyət çəkənlər üçün nəzərdə tutulmuş düşərgədə çinli gənc ölü olaraq tapıldı

    Sosial Media
    15.08.2017
    Farid Pardashunas

    Çində gənc oğlan, internet asılılığından əziyyət çəkənlər üçün olan düşərgəyə gələndən 2 gün sonra ölü tapılıb.

    Məlumata əsasən vəfat etmiş gəncin bədənində bir çox travma izləri aşkar edilib. Gəncin ölüm səbəbi isə məlum deyil. Sözügedən hadisə Çinin Anxoy adlı vilayətində baş verib. Vəfat etmiş gəncin valideynləri qeyd ediblər ki, o, sözügedən düşərgədə 2 gün idik, qalırdı. Onu həmin düşərgəyə göndərilməsinin səbəbi isə valideynlərinin, onun internet asılılığından yaxa qurtarmasına kömək edə bilməmələri idi. Gəncin ailəsinə onun ölüm haqqında xəbəri, düşərgənin administrasiyası verib. Düşərgə rəhbərliyinin verdiyi məlumata əsasən gənc, xəstəxanada vəfat edib. “Mənim oğlumun bədənində travmalar var idi. Mən onu düşərgəyə göndərəndə isə onun vəziyyəti normal idi. Mənim oğlum necə 48 saatdan sonra ölə bilər?” –deyə gənc oğlanın anası bildirib. Polislər sözügedən düşərgənin direktorunu və 4 təlimçisini həbs edib. Düşərgənin özü isə məsələnin tam şəkildə aydınlaşacağı vaxta kimi bağlanıb. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər