Logo
    main-post-cover

    İnternet istifadəçilərini heyrətə gətirən yeni GIF animasiya

    Sosial Media
    08.05.2017

    Internetdə çox maraqlı yeni GIF animasiya peyda olub.

    Bir çox internet istifadəçilərinin sözlərinə görə yeni GIF animasiya onları həm heyrətləndirib həmdə çaşbaş salıb. İlk baxışdan bu, adi qara rəngli və içərisində ağ xətlər olan dairədir. Həmin dairənin daxilində həmçinin saat əqrəbi istiqamətində hərəkət edən ağ rəngli nöqtələr var. Lakin diqqətlə baxdıqda görmək olar ki, əslində həmin ağ nöqtələrin hər biri sadəcə olaraq müəyyən xətt üzrə yuxarı və aşağı hərəkət edir. Sözügedən GIF animasiyası istifadəçiləri çox təəccübləndirib. Bəziləri isə bunun mümkün olacağına inanmadıqlarını qeyd ediblər. "Düşünürəm ki, mənim beynim sadəcə olaraq partladı. Təbii ki, sözün ən yaxşı mənasında” – deyə istifadəçilərdən biri, GIF animasiyaya olan reaksiyasını bildirmişdir.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    İnternet istifadəçilərini heyrətə gətirən yeni GIF animasiya | Technote