
iOS üçün də WhatsApp videozəng funksiyası aktiv edildi
Sosial Media
07.05.2017
Farid
Bir neçə həftə bundan öncə WhatsApp developerləri çoxdan gözlənilən videozəng xüsusiyyətinin messencerə əlavə olunmasını təsdiq etmişdilər.
Bugün isə iOS platforması üçün nəzərdə
tutulmuş messencer yeniləndi və ona da videozəng funksiyası əlavə olundu. iOS
üçün videozəng funksiyası WhatsApp 2.16.18 yenilənməsində yer alıb. Bu funksiya
özü özlüyündə pulsuzdur. Lakin unutmaq lazım deyil ki, istifadə etdiyiniz mobil
operator, həmin funksiyaya görə müəyyən miqdarda balansdan vəsait çıxacaq. Videozəng
funksiyasının çalışması üçün iOS 8 və ya daha yeni versiya əməliyyat sistemi
lazım olacaq. Bundan əlavə olaraq bu yenilənmədə həmçinin messencerin özündən GIF formatlı animasiya fotoların axtarış sistemi də yer alıb. Yenilənməni bu linkdən yükləyə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər