main-post-cover

    'iPhone X' təqdimatı zamanı, PornHub traffikləri gözlənilmədən azaldı

    Sosial Media
    14.09.2017
    Farid Pardashunas
    Dünyanın məşhur porno saytı PornHub, iPhone X modelinin təqdimatı zamanı sayta olan daxilolmaların qrafikini əks etdirən inforqrafiyaları yayımlayıb. 
    Dünyanın bir çox ölkəsindən canlı izlənilən və Bakı vaxtı ilə 22:00-da yayımlanan 'Apple'ın məşhur konfransı bütün dünyanın diqqətini öz üzərinə çəkməyi bacardı. Bir çox suallara aydınlıq gətirilən konfransda təqdim olunan cihzların müzakirəsi hələ də davam edir. Bu fürsəti dəyərləndirən və etdiyi marketinq gedişləri ilə hamını təəccübləndirən PornHub saytı, bu dəfə konfrans zamanı sayta olan daxilolmaları əks etdirən  infoqrafik yayımlayıb.

    Yayımlanan qrafiklərə nəzər saldıqda Apple konfransı zamanı PornHub statistikalarında ciddi eniş olduğunun şahidi oluruq. Amerika miqyasında 8, dünya miqyasında isə 4%-lik bir trafik enişi yaşayan PornHub, uzun müddət sonra ilk dəfə belə bir enişlə üz-üzə qaldıqlarını açıqlayıb. (Kim açıqlayırsa artıq) 

    Safari, Apple TVMicrosoft Edge internet brauzerlərində yaşanan bu geriləmə konfransın bitişi ilə yenidən yüksəlişə keçib. Bu vəziyyət konfransı izləyən kütlənin müəyyən bir hissəsinin müəyyən bir seqmentdən olduğuna işarə də verir. Açığı bu statistikanı niyə açıqlandığının tam dəqiq şərhini verə bilməsək də, düşünürük ki, bu sırf konfransa marağın böyük olmasından qaynaqlanıb. 
    Linki kopyala