Logo
    main-post-cover

    İŞİD-in Twitter hesabı hacklandı, Profillərdə LGBT!

    Sosial Media
    08.05.2017

    Terror təşkilatı olan İŞİD-in twitter hesabı hack edildi, hesablarda Geylərin şərəfinə LGBT bayraqları və +18 görüntülər paylaşıldı.

    Orlandoda baş verən homoseksuallara aid gecə klubunda terror aktı 50 nəfərin ölümünə səbəb olmuşdu. Bu terror hadisəsini İŞİD terror təşilatı öz üzərinə götümüşdü. Dünyanın müxtəlif yerlərindən bu hadisə ilə bağlı çox sərt və müzakirəyə səbəb olacaq fikirlər səsləndirildi. Texnologiya şirkətləri də bu hadisəyə biganə qalmadılar. İstər Mark Zukerberg-in facebook üzərindən yazdığı paylaşım, istərsə də WWDC konfransında Tim Cook-un hadisə qurbanlarını 1 dəqiqəlik sükütla yad etdirməsi. İş bu səviyyəyə gəlib çatınca, dünyanın məşhur hacker qruplaşması olan Anonymous-da öz mövqeyini sərgilədi. Twitter üzərindən bir çox İŞİD hesablarını hack edən Anonymous üzvləri profillərə LGBT bayraqları qoydu və +18 gey paylaşımları etdilər. 200-dən çox İŞİD yönümlü hesabları ələ keçirən hacker-lər eyni əməliyyatları həmin profillər üzərində də etdilər.


    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    İŞİD-in Twitter hesabı hacklandı, Profillərdə LGBT! | Technote