
İtlər Facebook-a şəkil yükləməyi öyrəniblər
Sosial Media
07.05.2017
Farid
Pedigree şirkəti Saatchi & Saatchi Madrid reklam
agentliyi ilə birlikdə The Posting Tail cihazını təqdim edib. Bu cihaz itlərin
Facebook-a şəkil yükləmələrinə köməklik edəcək. Bundan əlavə olaraq cihaz təsadüfi
şəkilləri deyil məhz itin xoşuna gələcək şəkilləri sosial şəbəkəyə yükləyəcək.
The Posting Tail cihazı kameradan və itin quyruğunun hərəkətlərini izləyən
sensorlardan ibarət jiletdir. Əgər it nəyisə görüb quyruğunu aktiv şəkildə hərəkət
etdirsə akselerometr kameraya həmin görüntünün şəklini çəkib itin sosial şəbəkədəki
istifadəçisinə yükləməyi əmr edəcək. Jiletdə olan 3G vasitəsilə şəkillər Wi-Fi olmadan
belə yüklənəcək. GPS texnologiyası isə şəkilin harada çəkildiyini qeyd edəcək.
Bundan əlavə olaraq jilet Raspberry Pi çipi ilə təchiz olunub. Bu çip vasitəsilə
adi və təsadüfi quyruq hərəkətləri nəzərə alınmayacaq. Pedigree şirkətinin
fikrincə The Posting Tail təkcə əyləncə funksiyası daşımır. Bu texnologiya həmdə
itlərin nədən xoşlarının gəldiyini sahiblərinə çatdırmaq üçün vasitəçi rolunu
oynayacaq. Cihazın satışa çıxması haqqında isə hələki heç bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər